“Apple” şirkəti yeni koronavirusla mübarizəyə dəstək vermək üçün “Apple Maps” xidmətində qeydə alınan hərəkət məlumatlarına girişi açıb.
İnsider.az xəbər verir ki, bununla da ayrı-ayrı şəhərlərdə, ölkələr və ya regionlarda hərəkət və yerdəyişmələrin istiqamətlərini və dinamikasını izləmək imkanı yaranır.
Sözüdən məlumatların yerli hökumət və səhiyyə qurumlarına insanların hərəkət amillərini anlamağa kömək olacağı, habelə insanların piyada və nəqliyyatla hərəkətlərinin miqdarının dəyişkənliyini üzə çıxartmaq üçün mənbə kimi istifadə oluna biləcəyi qeyd olunur.
Report