apple-iphone-11-pro-ve-pro-max-i-teqdim-etdi

“Apple” “iPhone 11 Pro” və “Pro Max”-ı təqdim etdi

“Apple” 12 MP olan üç əsas kameralı “iPhone 11 Pro” və “Pro Max”-ı təqdim edib. İllik payız təqdimatının translyasiyası “YouTube”-da aparılıb.

İnsider.az-ın məlumatına görə, yeni “iPhone”-ların 120 dərəcə əhatəsi olan yüksək geniş bucaqlı kamerası, teleobyektivli kamerası və adi kamerası (“Apple”-da onu sadəcə geniş bucaqlı adlandırırlar) olacaq. Həmçinin “Apple” “Deep Fusion” funksiyasını nümayi etdirib – funksiya bir neçə şəkil çəkib mümkün qədər daha çox detalları “üzə çıxarmaq” üçün onları bir görüntüdə birləşdirir.

Hər üç kamera 4K icazədə video və saniyədə 60 kadr çəkir. Foto və video-redaktorda yeni funksiyalar yaranıb –məsələn, bir pəncərədə kameraların hər birindən kadrın necə göründüyünə baxmaq və ən yaxşısını seçmək mümkündür.

“iPhone 11 Pro” və “Pro Max” yeni OLED-ekranla təchiz olunublar. Smartfon “Dolby Vision” və “Dolby Atmos” texnologiyalarını dəstəkləyir. “Apple” displeyi “Super Retina XDR” adlandırıb. “Pro”-da ekranın diaqonalı 5,8 düym, “Pro Max”-da isə 6,5 düym təşkil edəcək. ər iki model “A13 Bionic” prossesorla təciz edilib.

“iPhone 11 Pro” batareyada enerjini “iPhone XS”-dən dörd saat çox, “iPhone Pro Max” isə “iPhone XS Max”-dan beş saat çox saxlayacaq. Komplektdə cəld şarjer gedəcək.

Birinci dalğa ölkələrində smartfonların satışı bu ilin sentyabrın 20-dən başlayacaq. Smartfonlar dörd rəngdə əlçatan olacaq: tünd-yaşıl, gümüş, qızılı və “boz kosmos”. Yaddaşın həcmi: 64 GB, 256 GB və 512 GB.

Samirə Məmmədova