apple-iphone-batareyalari-isinin-baglanmasi-ucun-113-milyon-dollar-odeyecek

Apple, "iPhone batareyaları işinin" bağlanması üçün 113 milyon dollar ödəyəcək

İddia olunur ki, Apple şirkəti, istifadəçiləri yeni modelləri almağa məcbur etmək üçün iPhone proqramı yenilənmələri ilə telefonları böyük nisbətdə yavaşladır. İddiaya görə, köhnə iPhone modellərindəki batareyalar tez tükənəcək şəkildə istehsal edilib və  "batareya ömürünü uzatmaq" üçün edilən proqram yenilənmələri telefonların sürətini aşağı salır. Bu vəziyyət, yeni modellərin satışını artırıb. 

İnsider.az xəbər verir ki, milyonlarla istifadəçi, iPhone 6, 7 və SE modellərindəki yenilənmələri yüklədikdən sonra telefonları yavaşlayıb. 2016-da ortaya çıxan skandal, ABŞ-da "bataryagate" olaraq xatırlanır.

Apple şirkəti bu səbəbdən məkəməyə verilmişdir.

İddianın sona çatması üçün 113 milyon dollar odənilməsilə razılaşma yolunu qəbul edən Apple şirkəti, hələ də səhv bir addım atmadığını və qanunları pozmadığını müdafiə edir.  Ödəyəcəyi 113 milyon dollar ilə bərabər, şirkət, gələcəkdə proqram yenilənməsi qeydlərində, internet saytında və "tənzimləmələr" hissəsində detallı məlumat verməyi qəbul edib. 

Marja