“Apple” daha “Siri” səsli köməkçi ilə istifadəçilərin danışıqlarının audioyazılarını avtomatik saxlamayacaq, lakin köməkçinin işləmə keyfiyyətinin təkmilləşdirilməsi üçün avtomatik şifr oxunmasını istifadə etməyə davam edəcək. İnsider.az bildirir ki, bu barədə “Apple” bloqunda deyilir.
“Apple” istifadəçilərə sorğuları yoxlamaya göndərib-göndərməmələrinə icazə verəcək. İstifadəçilər istənilən vaxt verilənlərin emalına olan razılıqlarını geri çəkə bilərlər.
Həmçinin şirkət audiyazıların dinlənilməsi üçün daha podrtçıları cəlb etməyəcək – bununla ancaq “Apple”-ın əməkdaşları məşğul olacaq.
Samirə Məmmədova