ESET antivirus şirkəti “Apple” avadanlığı istifadəçilərinin fərdi məlumatlarını, bank hesablarını ələ keçirmək üçün tərtib olunan dələduzluğu üzə çıxarıb.
İnsider.az xəbər verir ki, istifadəçi elektron ünvanını və parolunu daxil etdikdə “Apple İD” bağlantılı kartın bloklandığı barədə bildiriş görür. Daha sonra da ona məlumatlarını “təsdiqləmək”, yəni bütün fərdi məlumatlarını, bank kartı nömrəsini daxil etmək təklif olunur.
Şirkətin məlumatına görə, bu hücumun hədəfində olan “Apple İD”ə girişi yenicə bərpa etmiş istifadəçilər buna görə şübhələnmirlər. Şirkətin ekspertləri istifadəçilərə aldıqları məktubda göstərilən elektron ünvan, imza kimi məqamlara diqqət yetirməyi, hətta tanış şirkətdən gəldiyi bildirilən şübhəli linklərə keçməməyi, saytın URL ünvanını və SSL sertifikatını yoxlamağı, məktubdakı linkdə göstərildiyi şəkildə məlumatlarını daxil etməməyi, həmçinin daha etibarlı antivirus sistemindən yararlanmağı tövsiyə ediblər.