“Apple” şirkəti musiqi dinləmə və videoya baxış üçün olan “iTunes” tətbiqindən imtina etməyə qərar verib. İnsider.az bu barədə “Bloomberg”-ə istinadla xəbər verir.
Resursun məlumatına görə, “Apple” qərarı barədə bazar ertəsi iyunun 3-ü San-Xosedə (Kaliforniya ştatı) başlanacaq öz illik “Worldwide Developers Conference” (WWDC) konfransında elan edəcək.
“Bloomberg”-in həmsöhbətçiləri verdiyi xəbərə görə, şirkət “iTunes”-un əvəzinə üç yeni servis təklif ediləcəyi deyilib: “Music”, “Podcasts” və “TV” (musiqi, podkast dinlənilməsi və videoya baxış üçün). Artıq “iTunes”-suz istifadəçilər öz “Apple” qadcetlərini “Music” tətbiqi üzərindən idarə edə biləcək.
Agentlikdən qeyd edilib ki, bu ideya “Apple”-ın “iPhone” və “iPad” üçün mediatətbiqləri barədə yeni strategiyasına müvafiqdir. Yeni servislər və artıq təxmini 20 il çalışan “iTunes”-dan imtina səbəblərini “Bloomberg” açıqlamayıb
Samirə Məmmədova