apple-kanadanin-suni-intellekt-startapini-satin-alib

Apple Kanadanın süni intellekt startapını satın alıb

Amerikanın “Apple” texnologiya korporasiyası süni intellekt (AI) sahəsində inkişaflarla məşğul olan Kanadanın “DarwinAI” startap şirkətini alıb.

Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sövdələşmə 2024-cü ilin əvvəlində baş tutub.

Startapın cəlbediciliyi daha kiçik, daha sürətli süni intellekt sistemlərinin yaradılmasından irəli gəlir. Agentlik qeyd edir ki, bu, yalnız buludda deyil, öz cihazlarında süni intellekt yerləşdirən və inkişaf etdirən Apple üçün dəyərli aktivə çevrilib. Generativ süni intellektə əsaslanan funksiyalar iOS əməliyyat sisteminə əlavə edilir.

DarwinAI 2021-ci ilin yazında yaradılıb. Kanadanın Communitech startap icmasına görə, şirkət 2022-ci ilə kimi 15 milyon dollardan çox vəsait toplayıb. Startap bir sıra süni intellekt texnologiyalarını, o cümlədən onların istehsalı zamanı komponentlərin vizual izlənilməsini inkişaf etdirməyə nail olub və Amerikanın Lockheed Martin və Intel kimi müəssisələrlə əməkdaşlıq edib. 

Marja