apple-teqdimatdan-sonra-bezi-iphone-12-modellerini-satisdan-cixarib

Apple təqdimatdan sonra bəzi iPhone 12 modellərini satışdan çıxarıb

Əvəzinə ən yeni modellərin satışı aktivdir.

Ən iri smartfon istehsalçılarından biri Apple 14 sentyabrda baş tutan yeni məhsulların, o cümlədən iPhone 13-ün təqdimatından sonra iPhone 12 smartfonlarının bəzi modellərini satışdan çxıarıb.

Hazırda Apple-ın saytında yalnız iPhone 13 və iPhone 13 Pro, 12 və 12 mini, SE və iPhone 11 modelləri satılır.

iPhone 12 Pro və Pro Max ötən ilin oktyabrında təqdim olunmuşdu. Onlar bir-birindən ekranın diaqonalına görə (müvafiq olaraq 6,1 düym və 6,7 düym) fərqlənir. iPhone 12 ilə müqayisədə bu modellərdə yaddaş tutumu daha böyükdür və arxa korpusda üçqat modullu kamera yerləşir. 2018-ci ilin sentyabrında istifadəyə verilmiş bir kameralı iPhone XR isə daha ucuz model idi.

Maraqlıdır ki, Apple bu məhsulların satışdan çıxarılması barədə rəsmi heç bir açıqlama verməyib.