apple-tv-dan-sonra-netflix-e-daha-bir-reqib-geldi

"Apple TV+"dan sonra "Netflix"ə daha bir rəqib gəldi

"Netflix" onlayn yayım platformasına daha bir rəqib gəlib.

İnsider.az xəbər verir ki, "Disney"in yeni platforması olan "Disney+"ın tanıtımı həyata keçirilib. Rəqabətdə platformanı önə çıxaran əsas amil "Marvel", "National Geographic", "Pixar" və "Lucasfilm" kimi media nəşriyyatlarının yayımlarının yer alması olub. 

Yeni onlayn platformanın qiymətləri aylıq və illik olaraq müəyyən olunub. Belə ki, qiymətlər aylıq 6,99 USD, illik isə 69,99 USD olaraq müəyyən olunub.

©"Finans.az"