apple-usaqlarda-astma-simptomlarinin-mueyyenlesdirilmesi-ucun-olan-tetbiq-elde-edib

“Apple” uşaqlarda astma simptomlarının müəyyənləşdirilməsi üçün olan tətbiq əldə edib

“Apple” şirkəti uşaqlarda astma simptomlarını müəyyən edən “Tueo Health” tətbiqini əldə edib. İnsider.az bu barədə “CNBC”-yə istinadla xəbər verir.

Nəşrin məlumatına görə, sövdələşmə ötən ilin sonunda bağlanılmışdı.

“Tueo Health” şirkəti uşaqlarda astma simptomlarının müəyyənləşdirilməsi üçün olan tətbiqin tərtibatı ilə məşğuldur.
Şirkətin tətbiqi digər iştirakçıların nəfəs sensorları ilə inteqrasiya olunub. O, uşağın nəfəs alması dəyişdiyi halda, valideynlərə bildiriş göndərir.

Qeyd edək ki, sövdələşmənin məbləği naməlumdur.

Samirə Məmmədova