apple-wall-street-in-tarixine-dusdu-deyeri-2-trilyon-dollari-asdi

Apple "Wall Street"in tarixinə düşdü: Dəyəri 2 trilyon dolları aşdı

"Apple" şirkətinin bazar dəyəri 2 trilyon dolları aşıb. İlk dəfə bir ABŞ  şirkəti bu səviyyəni keçib və Wall Street tarixinə düşüb.

İnsider.az xəbər verir ki 2020-ci ildə, iPhone telefonlarının istehsalçısı "Apple Inc." şirkətinin səhmlərinin qiyməti kəskin bahalaşıb. 

"Apple"ın bazar dəyərinin 1 trilyon dollar səviyyəsini aşması 38 ilini almışdı, ancaq sonrakı trilyonluq addım yalnız iki il tələb edib. Şirkət daha çox iPhone, yeni Apple Watch və AirPods ilə ekosistemini sürətli bir şəkildə genişləndirir, rəqəmsal xidmətlər başladıb.

"Apple" səhmləri dünən Nyu-Yorkda 1.4% yüksələrək 468.65 dollara qədər qalxıb. 

Marja