“Apple Watch” saatlarında aşkar edilmiş boşluq istifadəçilərin danışığını dinləməyə imkan verir. Bu haqda şirkətin nümayəndələrinə istinadən “TechCrunch” portalı məlumat verib.
İnsider.az xəbər verir ki, sözügedən saatın sahibləri “Walkie-Talkie” mobil tətbiqi vasitəsilə səsli mesajlarla mübadilə edirlər.
"Biz “Apple Watch” saatlarında istifadə edilən “Walkie-Talkie” proqramında boşluq aşkar etmişik və bu problemi həll etmək üçün sözügedən funksiyanı deaktiv etmişik” – “Apple” şirkətinin nümayəndələri məlumat veriblər.