ar-oyunlari-tertibatcisi-rosiereality-2-2-milyon-dollar-celb-edib

AR-oyunları tərtibatçısı “RosieReality” 2,2 milyon dollar cəlb edib

Zürixli “RosieReality” startapı “RedAlpine”, “Shasta Ventures”, “Atomico Mattias Ljungman”, “Siraj Khaliq” və “Akatsuki Entertainment Fund” vençur şirkətlərindən 2,2 milyon dollar cəlb edib.

İnsider.az bu barədə “TechCrunch”-a istinadla xəbər verir.

Şirkət uşaqlar arasında robototexnika və proqramlaşdırmanı populyarlaşdırmaq üçün tamamlanmış reallığı olan oyunu tərtib edib. Oyunda istifadəçi “Rosie” robotunu idarə edir.

Oyunu keçmək üçün istifadəçilər 3D-tapmacalar yaratmalı və həll etməlidirlər. Tapşırıqları dostlarla da bölüşmək olar. Tətbiq “App Store”-da əlçatandır.

Qeyd edək ki, “RosieReality” 2017-ci ildə təsis edilib. Hazırki vaxta ümumi investisiya məbləği 2,9 milyon dollar təşkil edir.

Samirə Məmmədova