artiq-gurcustan-aviasirketleri-de-rusiyaya-uca-bilmeyecek

Artıq Gürcüstan aviaşirkətləri də Rusiyaya uça bilməyəcək

Rusiyanın Nəqliyyat Nazirliyi Gürcüstan aviaşirkətlərinə 2019-cu ilin iyulun 8-dən Rusiya hava limanlarına reyslərə qadağa qoyur. İnsider.az bunu “TASS” informasiya agentliyinə istinadla xəbər verir.

Nazirlik nümayəndələrinin sözlərinə görə, Gürcüstan aviaşirkətlərinin uçuşları onların təhlükəsizliyinin təsdiq olunmasına kimi, həmçinin Gürcüstanın naviqasiya xidmətinə görə borcunu ödəməsinə qədər dayandırılacaq.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında reysləri gürcü “Georgian Airways” və “MyWay Airlines” aviaşirkətləri icra edir.

Xatırladaq ki, iyunun 21-də Rusiya prezidenti Vladimir Putin RF ərazisindən Gürcüstana vətəndaşların hava daşınmasını müvəqqəti qadağan edib.

Hər iki qərar müxalifət partiyasının rusiyalı deputatla münaqişəsindən sonra iyunun 20-də başlayan Tiflisdəki etirazlarla bağlıdır.

Samirə Məmmədova