Prezident İlham Əliyev Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə 2019-cu il dövlət büdcəsindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 19 milyon 430 min manat ayrılıb.
2018-ci ilin dövlət büdcəsindən də Ağcabədi rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə 5 milyon manat ayrılmışdı.