Avropa Şurası Parlament Assambleyasının (AŞPA) və onun komitələrinin bütün iclasları martın sonuna qədər təxirə salınıb.
İnsider.az xəbər verir ki, bu barədə AŞPA-nın yaydığı məlumatda bildirilib.
İclasların təxirə salınmasının səbəbi koronavirus (COVID-19) epidemiyası ilə əlaqədardır.
AŞPA-nın Hüquqi məsələlər (Paris, 10 mart), Sosial məsələlər (Paris, 12 mart), Mədəniyyət (Paris, 16 mart), Miqrasiya (Paris, 19 mart), Bərabərlik (Paris, 20 mart) və Monitorinq (Ankara, 30-31 mart) komitələrinin iclasları ertələnib.
Bildirilir ki, AŞPA-nın aprelin 20-24-də keçirilməsi nəzərdə tutulan iclasının hansı tarixə keçiriləcəyinə dair də qərar qəbul ediləcək.
Oxu.Az