aspa-nin-qis-sessiyasi-basa-catib

AŞPA-nın qış sessiyası başa çatıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qitədə etnik profilləşdirmə ilə bağlı qətnamə qəbul edilib.

"Avropada etnik profilləşmə: çox narahetedici bir məsələ" adlanan sənəddə üzv ölkələr etnik ayrı-seçkilik hallarının aradan qaldırılması məqsədilə ciddi və təxirəsalınmaz tədbirlər görməyə çağırılıb.

Bildirilib ki, son vaxtlar Avropada pandemiya ilə bağlı asayiş keşikçiləri tərəfindən insanların saxlanılması və şəxsiyyət sənədlərinin yoxlanılması hallarının sayı artıb. Bu zaman Avropanın bir sıra ölkələrində, habelə Böyük Britaniya, İtaliya, Fransa, Belçikada qaradərili və ərəb mənşəli şəxslərin ağdərililərə nisbətən polislər tərəfindən dəfələrlə yoxlamalara məruz qaldıqları aşkarlanıb.

AŞPA üzv ölkələri vətəndaşların etnik mənşəyinə görə saxlanılması və yoxlanılmasına dair statistik məlumatları artırmağa, bu sahədə qanunvericiliyi möhkəmləndirməyə və mövcud qanunların tətbiqində daha çox əzm nümayiş etdirməyə çağırıb.

Latviyalı deputat Boris Çileviç tərəfindən hazırlanan hesabat əsasında qəbul edilən qətnamənin lehinə 74, əleyhinə 2 nəfər səs verib, 4 nəfər isə bitərəf qalıb.

Bununla da AŞPA-nın qış sessiyası başa çatıb.

Report