assanj-edam-tetbiq-olunan-olkelere-ekstradisiya-olunmayacaq

Assanj edam tətbiq olunan ölkələrə ekstradisiya olunmayacaq

Böyük Britaniya “WikiLeaks”-in təsisçisi Culian Assanjı ölüm cəzası tətbiq edilən ölkələrə ekstradisiya etmək niyyətində deyil. İnsider.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın daxili işlər nazirinin müavini Alan Dankana istinadla “EFE” agentliyi xəbər verib.

Bu bəyanatı Dankan öz ekvadorlu həmkarı Xose Valensiya ilə mətbuat konfransı zamanı edib. O, bildirib ki, müvafiq razılıq Böyük Britaniya və Ekvadorun arasında əldə edilib.

Qeyd edək ki, ABŞ Assanjın ekstradisiyasını tələb edir və onu casusluq və dövlət sirrini yaymaqda ittiham edir – məhz Culian Assanj 2010-cu ildə İraq, Əfqanıstan, Liviya və Suriyadakı müharibələrə aidiyyatı olan yüz minlərlə məxfi sənədləri dərc etmişdi.

Samirə Məmmədova