assanjla-bagli-son-melumatlar

Assanjla bağlı son məlumatlar

Londonda həbs edilən “WikiLeaks” təsisçisi Culian Assanj Avstraliyanın xüsusi dəstəyini almayacaq. İnsider.az “ABC”-yə istinadla bildirir ki, bunu ölkənin baş naziri Skot Morrison deyib. Onun sözlərinə görə, Assanja konsulluqda oxşar vəziyyətə düşən istənilən avstraliyalıya olduğu kimi kömək göstəyilcək. Ancaq ona xüsusi münasibət olmayacaq.

Baş nazir əlavə edib ki, “WikiLeaks” təsisçisinə məsul edilən cinayətlər belə halda əhəmiyyət daşımır. Digər ölkələrdə məhkəmə sistemi ilə qarşılaşan Avstraliya vətəndaşlarına bu və ya digər halda konsultasiya verir və dəstək olurlar.

“Sistem belə işləyir”, — deyə o, tamamlayıb.

Bu arada Ekvadorda Assanjın ölkədən qaçmağa cəhd göstərən yoldaşı da saxlanılıb.

Ekvadorun daxili işlər naziri Maria Paula Romo xəbər verib ki, Assanjın İsveçli yoldaşı Yaponiyaya uçmağa hazırlaşırmış. Bu şəxs Ekvadorda yaşayıb və xarici siyasət qurumunun keçmiş rəhbəri Rikardo Patinyo ilə sıx əlaqədə olub.

“Cənab Assanj öz “WikiLeaks” təşkilatı üzərindən təkcə Ekvadorun xaricində olan ölkələrin deyil, həmçinin Ekvadorun da daxili işlərinə qarışırdı”,— vurğulayır Romo.

Həmçinin müstəntiqlər daha öncə “WikiLeaks”-lə bağlılığı olan iki rus haker barədə çıxmış məlumatı araşdırırlar. Bu iki hakerin guya ölkədəki vəziyyəti pozmağa cəhd etdikləri deyilir. Nazir qeyd edib ki, yeni məlumat hələ ki yoxdur, lakin istintaq davam edir.

Ən nəhayət, Assanjla bağlı xəbərlər sırasında beynəlxalq anonim haker və aktivist şəbəkəsi olan “Anonymous” da meydanda göründü.

“Anonymous” Böyük Britaniya hakimiyyətinə və “onların bütün dünyadakı tərəfdaşlarına” “WikiLeaks” təsisçisinin Londonkadı həbsi ilə bağlı müraciət edib. Müraciət şəbəkədə “annonews” saytında dərc olunub.

Şəbəkə təmsilçilərinin sözlərinə görə, Assanjın həbsi Britaniya hakimiyyətinin öz sirrlərini saxlamaq üçün “heçnəyin önündə durmayacağının” sübutudur. Onlar vurğulayıb ki, Assanj “həm sağçı, həm solçuların sirrlərini” və “hərbi cinayətləri” açdığına görə hər il 2010-cu ildən bəri Nobel sülh mükafatına nominasiya olunub.

“Anonymous”-un bəyanatında deyilir ki, “bu, isteblişmentə xəbərdarlıqdır – Assanjı buraxın, əks halda zərərini çəkəcəksiniz”.

Xatırladaq ki, aprelin 11-i Ekvador səfirliyi “WikiLeaks” saytının təsisçisi Culian Assanjı hüquq mühafizə orqanlarına təhvil verdi.

Samirə Məmmədova