audi-den-yeni-sedan

“Audi”-dən yeni sedan

“Audi” şirkəti öz top xüsusiyyətlərini "əldə etmiş" yeni “S8” sedanını sosial şəbəkədə nümayiş edib. Xüsusilə, yeni sedan iki turbinlə “V8” dördlitrlik benzin mühərriki ilə təchiz olunub. İnsider.az bu barədə xəbəri “Motor1”-ə istinadla çatdırır.

Aqreqat 563 at gücünə və 800 Nm malikdir. Avtomobilin çəkisi 2,5 tondur.

Yeni “S8” həmçinin opsiya kimi səth üzərini skan edən aktiv asma, güclü tormoz sistemi və karbon tormozlarına malikdir.

Hələ ki, xüsusiyyətlər detallı açıqlanmır. Sedanın satışı ilin sonuna kimi başlayacaq.

Samirə Məmmədova