“Aviasales”-ın vitse-prezidenti və “Travelpayouts” partnyor proqramının rəhbəri İvan Baydin şirkətin ezamiyyətlərin təşkil olunması üçün tərtib etdiyi servisdən danışıb. İnsider.az bunu “vc.ru”-ya istinadla xəbər verir.
Baydinin sözlərinə görə, şirkət ilk növbədə platformanı öz əməkdaşları üçün hazırlayırdı, lakin nəticədə onu korporativ müştərilərinə təklif etməyi qərara aldı.
“Bazardakı mövcud həllərdən heç biri bizi qane etmədi: yüksək qiymətlər, səyahət proqramnı təyin etməyin mümkünsüzlüyü, razılaşdırma matrikslərin olmaması, bağlanılan sənədlərlə baş ağrı”, - deyə Badin “Facebook”-dakı səhifəsində yazıb.
Hazırda “Aviasales” yeni servisin potensial müştərilərindən ərizələri toplayır. Şirkət onlara aşağıdakıları vəd edir:
• Əlavə qiymətsiz aviabiletlər;
• Hesabat sənədlərinə cəld giriş – sənədləşmə bronlaşmadan dərhal sonra mühasibin və digər məsul əməkdaşların poçtuna gələcək;
• Səyahətlərdəki xərclərin təhlili və onlara nəzarət;
• Sifarişlərin depozitdən və postödəniş üzrə ödənişi.
Samirə Məmmədova