Avropa Birliyi məhkəməsi ABŞ-ın nəhəng texnologiya şirkəti Google-u inhisarçılıq iddiası ilə 2.4 milyard avro (2.8 milyard dollar) cərimələyib.
Məhkəmə Google-un öz alış-veriş xidmətlərini önə çıxararaq hakim vəziyyətini sui-istifadə etdiyini bildirib.
Avropa Komissiyası 2017-ci ildə internet axtarış sistemi Google-ın öz alış-veriş xidmətlərini önə çıxararaq rəqabəti pozduğunu müəyyən etmiş, Google o dövrdə alış-veriş axtarışı nəticələrində dəyişikliyə getmək məcburiyyətində qalmışdı.
Google məhkəmənin qərarından şikayət edə bilər.
Marja