avropa-ittifaqi-azerbaycan-ermenistan-munasibetlerini-rusiya-ve-turkiye-ile-muzakire-edir

Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərini Rusiya və Türkiyə ilə müzakirə edir

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi və sülh üçün bütün imkanlardan istifadə etməyi Rusiya ilə müzakirə edir”.

Bunu Avropa İttifaqının (Aİ) Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT məsələləri üzrə xarici siyasət xidmətinin direktoru Lyuk Devin Avropa Parlamentinin Xarici siyasət komitəsinin iclasında bildirib.

“Biz Rusiya ilə danışırıq... Ümid edirəm ki, Rusiya tərəfi bizim bunları hər hansı başqa məsələ üçün deyil, sülhün təmin olunması maraqlarımız üçün etdiyimizi bəyan edə bilər”, - L.Devin bildirib.

Deputatların “Azərbaycanla Ermənistan arasında münaqişənin tənzimlənməsində Avropa İttifaqı passivlik göstərir” tənqidi çıxşlarına cavab olaraq o deyib:

“Avropa İttifaqı imkanları daxilində əlindən gələni edir”.

Direktor məsələni rəsmi Ankara ilə də müzakirə etdiklərini vurğulayıb.

Report