“Avropa İttifaqı (Aİ) 2011-ci ildən bu yana Azərbaycanla əməkdaşlıq layihələrinə 600 min avro məbləğində vəsait ayırıb”.
İnsider.az-ın xəbərinə görə, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti deyib.
O qeyd edib ki, Aİ-Azərbaycan arasında bu il keçirilən biznes forumunda vergi, gömrük və təhsil sistemində islahatların keçirilməsi təklif olunub.
© Apa.az