Avropa Şurasının prezidenti Donald Tusk Rumıniyanın Sibiu şəhərindəki Aİ ölkələri liderlərinin qeyri-rəsmi görüşündən sonra bildirib ki, 2019-cu ilin mayın 28-i Avropa Şurasının fövqəladə sammiti baş tutmalıdır.
İnsider.az bu barədə onun “Twitter”-dəki səhifəsinə istinadla yazır.
Tusk məlumat verib ki, xüsusi sammit Avropa Şurasının əsas institutlarının rəhbərləri vəzifələrinə namizədliklərin irəli sürülməsini başlatmalıdır.
“Bu, operativ, effektiv şəkildə getməli və müqavilələrimizə uyğun gəlməlidir. Əgər konsensus əldə etmək çətin olacaqsa, mən bu həllərin səsverməsinin iyunda keçirilməsindən kənara çəkilməyəcəm”, - Tusk bəyan edib.
Qeyd edək ki, 2019-cu ilin mayın 23-dən 26-a qədər Avroparlament seçkiləri baş tutmalıdır.
Samirə Məmmədova