Belçikanın Poçt Xidmətləri və Telekommunikasiya İnstitutu Avropa İttifaqı daxilində “Telegram” sosial şəbəkəsinin işini tənzimləyəcək və platformaya nəzarəti həyata keçirəcək.
Belçika mətbuatı yazır ki, institut “Telegram”ın mesencerində qeyri-qanuni məzmunun yayılmasına, zorakılığa yönəlmiş çağırışlara, silah və narkotiklərin qanunsuz satışını nəzarətə götürəcək.
Xəbəri yayan mənbə hesab edir ki, “Telegram” ifrat sağçıların, qeyri-qanuni ticarətlə məşğul olanların, terrorçuların oylağına çevrilib.
Məlumatda, həmçinin qeyd olunub ki, “Telegram” istifadəçilərin şikayətlərinə cavab verməsə, tənzimləyici onu cərimələyə biləcək.