May ayının 11-də Avropa İttifaqı (Aİ) Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı (ŞT) siyasəti ilə bağlı yekun qərarı dərc edilmişdir.
Aİ üzv dövlətlərinin və Aİ Şurasının ŞT-nin gələcəyi ilə bağlı mövqeyini əks etdirən bu qərara dair şərh üçün AR Milli Məclisinin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA nümayəndə heyətinin rəhbəri Səməd Seyidova müraciət etdik.
Millət vəkili hazırda dünyada baş verən və bir çox ölkələrin siyasi və iqtisadi nüfuzunu sarsıdan pandemiyanın informasiya gündəmini zəbt etməsindən dolayı, bəzi məsələlərə yetərincə diqqət yetirilmir.
“Lakin may ayının 11-də Avropa İttifaqı (Aİ) Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı (ŞT) siyasəti ilə bağlı yekun qərarı diqqətdən kənarda qalan məsələlər sırasında deyil. Belə ki, bu qərar çox ciddi əhəmiyyət kəsb etməklə yanaşı, həm də Ermənistana, eləcə də onun destruktiv siyasətinə Aİ tərəfindən güclü bir zərbə kimi qiymətləndirilməlidir”.
Millət vəkilinin sözlərinə görə, söhbət ŞT proqramı çərçivəsində ölkələrlə Avropa ittifaqının münasibətlərinin tənzimlənməsi və gələcəkdə ŞT üzv dövlətlərinin növbəti Zirvə görüşündə qəbul olunacaq sənədlərə dair tövsiyələrdən gedir.
“Biz, Azərbaycan olaraq həmişə beynəlxalq təşkilatlarla münasibətlərdə qanunun aliliyini, beynəlxalq qanunun, bu istiqamətdə Helsinki Yekun Aktının beynəlxalq sənədlərdə tətbiq olunmasına tərəfdar çıxmışıq. Azərbaycan olaraq heç bir siyasi konyekturadan asılı olmayaraq vahid yanaşma və ümumi beynəlxalq qanuna söykənən prinsiplərin mövcudluğunun əhəmiyyəti haqqında dəfələrlə çıxış etmişik və edirik. Məhz bu mövqe, bu yanaşma mayın 11-də Aİ Avropa İttifaqı Şurasının qərarın 2-ci bəndində ŞT-nin siyasi və hüquqi əsasları, o cümlədən ən vacib fəaliyyət prinsipləri əks olunur. Şura Avropa Qonşuluq Siyasətinin spesifik regional “ölçüsü” olan ŞT-nin strateji əhəmiyyətini bir daha vurğulayaraq, vahid demokratiya, rifah və sabitliyin ümumi məkanının qurulması ilə bağlı birgə öhdəliyi yenidən təsdiq edərək ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq nizama, beynəlxalq hüquqa əsaslanan qaydalara söykənən Aİ ŞT əsas prinsiplərini təsdiq edir.
Bu sadəcə sözlər deyil, bu Aİ-nın ŞT proqramında olan ölkələr ilə münasibətlilərin tənzimlənmə prinsipləridir. bu prinsiplər bu şəkildə təqdim edilirsə bu Azərbaycan maraqlarına tam uyğun ,ermənilərə isə növbəti zərbədir.
Bundan başqa bir vacib məqama da bu qərarda diqqət yetirmək lazımdır. Paşinyan və onun ətrafında olan separatçılar uzun müddətdir ki, Qarabağ separatçılarının tərəf kimi danışıqlara cəlb olunmasına cəhd göstərirlər. Azərbaycan prezidenti dəfələrlə bu siyasətin iç üçünü açaraq məntiqsizliyini dünya ictimaiyyətinə təqdim etmişdir, bu gün isə bu qərara ilə danışıqlar formatının razılışadırılmış formada davam etdirtilməsi Aİ tərəfindən bir də təsdiq olunub. İndi özünüz qərar çıxarın, Aİ şurası ali bir orqandır. Aİ hər hansı bir proqram, o cümlədən ŞT proqramı daxil olan bir - ölkələrin ərazi bütövlüyünə müstəqilliyin, suverenliyinə hörmətlə və bu prinsipləri həyata keçirməklə pozulmuş, münaqişə nəticəsində zəbt olunmuş, işğal olunmuş torpaqların məsələsini razılaşdırılmış formatda öz həllini tapmalıdır, iki - Azərbaycanın xarici siyasətinin cənab prezidentin vurğuladığı məsələlərin bu beynəlxalq təşkilat tərəfindən dəstəklənməsi deməkdir. Nəhayət üçüncü Aİ Şurası və ŞT üzvü olan Azərbaycan ilə bütün sahələrdə geniş əlaqələri qurmaqda maraqlı və əlaqələrin genişlənməsinə inkişaf etdirilməsinə səy göstərilməsini bəyan etmişdir. Deməli ərazi bütövlüyünü tanıyan, razılaşdırılmış formatda danışıqları aparan Avropa birliyi ilə əlaqələrin təşkil olunması və yalnız Azərbaycan deyil, Aİ şurasını sənədlərdə də həllini tapmışdır. Bu zərbədir, Ermənistanın yalan böhtan əsasında aparılan destruktiv siyasətə böyük zərbədir. Biz bu istiqamətdə səylərimizi davam etdirməli və Avropanın beynəlxalq təşkilatlarında Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə müdafiə etməliyik”, - deyə Səməd Seyidov bildirib.