5G mobil şəbəkəsi Monakoda bütün ölkə ərazisində təchiz olunub. İnsider.az “France Presse” agentliyinə istinadla xəbər verir ki, bu barədə “Monaco Telecom”-un prezidenti Etyen Franzi bəyanat verib.
Beləliklə, Monako Avropada bütün ölkə boyu 5G şəbəkəsi olan ilk dövlət olub.
Qeyd edək ki, şəbəkə avadanlığı Çinin “Huawei” şirkəti tərəfindən tərtib olunub və quraşdırılıb.
Samirə Məmmədova