azerbaycan-ermenistan-parlamentlerarasi-komissiyasinin-yaradilmasi-teklif-edilib

Azərbaycan-Ermənistan parlamentlərarası komissiyasının yaradılması təklif edilib

Azərbaycan və Ermənistan parlamentləri arasında komissiyanın yaradılması təklif edilir.

Bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

“Ermənistan cəmiyyətinə təşəbbüsləri biz verməliyik. Biz Ermənistan cəmiyyəti ilə çalışmalıyıq. Ermənistan rəhbərliyi tərəfindən atılan etiraf addımları bizi buna vadar edir”, - o vurğulayıb.

Onun sözlərinə görə, artıq Ermənistan tərəfindən Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vacibliyi etiraf edilir:

“Paşinyan özü də etiraf edir ki, Azərbaycnala sülh müqaviləsi imzalanmasa, Ermənistan inkişaf edə bilməz. Artıq bunu özləri etiraf edirlər və biz də bundan istifadə etməliyik. Erməni parlamenti ilə işimizi gücləndirməliyik. Parlamentdə bu istiqamətdə komissiyanın yaradılmasına ehtiyac var. Yeni təşəbbüsü biz irəli sürtməliyik”.

Report