Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd edilib.