azerbaycan-prezidenti-ilham-eliyevin-ozbekistana-seferi-basa-catib-foto

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri başa çatıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri noyabrın 9-da başa çatıb.

Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər yola salıblar.