azerbaycan-prezidenti-ukraynaya-isguzar-sefer-edecek

Azərbaycan Prezidenti Ukraynaya işgüzar səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfər edəcək.

Bu barədə Ukrayna dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş olacaq.

Görüşün yekununda iki ölkənin liderləri KİV nümayəndələri üçün açıqlama verəcəklər.