Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin sədrliyi ilə işçi qrupun növbəti iclası fevralın 27-də Moskvada keçiriləcək.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun üçüncü iclasının 27 fevral tarixində Moskvada keçirilməsi planlaşdırılır. Bu anadək bütün tərəflər iştiraklarını təsdiqləyib”, - deyə A. Overçuk vurğulayıb.