Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun iştirakı ilə Azərbaycan-Tatarıstan biznes forumu keçirilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Facebook” profilində paylaşım edib.
Bildirilib ki, Azərbaycan-Tatarıstan biznes forumu ikitərəfli əməkdaşlığın uğurlu inkişafı, iqtisadi-ticari və investisiya əlaqələrinin genişləndirilməsi və biznes tərəfdaşlığının perspektivləri üçün faydalı olacaq.