Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri – Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında Tbilisidə keçiriləcək görüşün tarixi məlum olub.
İnsider.az xəbər verir ki, səkkizinci üçtərəfli görüş dekabrın 23-nə təyin olunub.
Üçtərəfli görüşlə yanaşı, XİN başçıları arasında ikitərəfli görüşlər də nəzərdə tutulub.
Qeyd edək ki, Tbilisidə bu il oktyabrın 16-da keçirilməli olan üçtərəfli görüş Türkiyə tərəfinin müraciəti əsasında təxirə salınıb.
Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son - yeddinci üçtərəfli görüşü ötən il oktyabrın 29-da İstanbulda keçirilib.
Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.
Report