İqtisadiyyat naziri Mikayıl Cabbarov Dağıstanın (Rusiya) rəhbəri Sergey Məlikovla görüşüb.
İnsider.az xəbər verir ki, bunu nazir "Twitter"də bildirib.
Onun sözlərinə görə, görüşdə Azərbaycan və Dağıstan arasında əməkdaşlıq, iqtisadi əlaqələrin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.