azerbaycan-ve-turkiye-mudafie-nazirleri-arasinda-novbeti-telefon-danisigi-olub

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında növbəti telefon danışığı olub

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.

General-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını bildirib.

H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daim Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.