azerbaycan-yuksek-texnologiyalar-sahesinde-abseron-vadisini-yaratmaq-isteyir

Azərbaycan yüksək texnologiyalar sahəsində Abşeron Vadisini yaratmaq istəyir

"Azərbaycanın regionumuzda innovasiyaların mərkəzi olmaq üçün Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq məqsədilə böyük potensialı var". 

İnsider.az xəbər verir ki, bunu Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin vitse-prezidenti və digər nümayəndələri arasında videokonfransda Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

"Hazırda biz innovativ yanaşmalar əsasında iqtisadi inkişafa nail olmaq üçün Azərbaycanın innovasiya strategiyası üzərində işləyirik. Biz bu məsələdə də “Microsoft” şirkəti ilə əməkdaşlıq edirik. Biz “Microsoft” şirkətini daha da fəal olmağa çağırırıq. Hesab edirik ki, Azərbaycanın regionumuzda innovasiyaların mərkəzi olmaq üçün Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq məqsədilə böyük potensialı var. Bu məsələdə biz “Microsoft” şirkətinin fəal iştirakını yüksək qiymətləndiririk",-  Mövsümov deyib.

Marja