azerbaycana-bahar-geldi

Azərbaycana bahar gəldi

Azərbaycana yaz fəsli daxil olub.

İnsider.az xəbər verir ki, bu il yaz fəsli ölkəyə martın 20-də, yerli vaxtla saat 07:49:36-da daxil olub. 

Bu gündən Günəş öz orbiti üzrə hərəkət edərək, göy ekvatorunu kəsir. Yəni cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir.

Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarımkürəsinə yaz fəsli daxil olur.