Respublika üzrə Dairə Seçki Komissiyalarına (DSK) yeni sədrlər, müavinlər və katiblər seçilib.
Bu barədə DSK-ların iclaslarında qərar qəbul edilib.
Bununla da DSK-ların formalaşması rəsmiləşdirilib.
Qeyd edək ki, DSK-ların formalaşmasının rəsmiləşdirilməsi müddəti avqustun 25-dək idi.
Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına uyğun olaraq, 125 seçki dairəsinə 1 125 üzv təyin edilib.
Report