azerbaycanda-dovlet-strukturlari-terefinden-acilan-kibertehlukesizlik-sorgularinin-sayi-artib

Azərbaycanda dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

Bu ilin yanvar ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı ötən ilin dekabr ayı ilə müqayisədə 41% artaraq 393 ədəd təşkil edib.

İnsider.az "APA-Economics"ə istinadən xəbər verir ki, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, yanvar ayı ərzində mərkəzə daxil olan sorğulardan 96,2%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, yanvar ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 4 domen və 16 subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 12 hesabat təqdim edilib.