ilin iyun ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı may ayı ilə müqayisədə 13,4 faiz bəndi artıb.
İnsider.az-ın "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, iyulun 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 59,1% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 85,5 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.
Sosial şəbəkələri arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı iyun ayı ərzində 20,6 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı cari ilin iyulun 1-nə 13,8% təşkil edib, bu da ötən ilin analoji göstəricisindən 32 faiz bəndi çoxdur.
Bu ilin iyun ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 11 faiz bəndi azalıb. İyulun 1-nə olan məlumata əsasən, "YouTube" Azərbaycan sosial media bazarında 13% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 63,5 faiz bəndi azdır.
Digər sosial şəbəkələrin pay bölgüsü: "Twitter" – 7,3%, "Instagram" – 4%, "VKontakte" – 1%, "Google+" – 0,34% və s.
©APA-Economics