azerbaycanda-iki-rayonun-legvi-milli-meclisde-muzakire-edildi

Azərbaycanda iki rayonun ləğvi Milli Məclisdə müzakirə edildi

Milli Məclisdə Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsinə dair layihə müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.