azerbaycanda-kibermuharibe-yarisi-kecirilecek-ilk-defe

Azərbaycanda kibermüharibə yarışı keçiriləcək - İLK DƏFƏ

“Tədbirdə 1700-dən çox ziyarətçinin iştirakı təsdiqlənib”.

Bunu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi Saida Əhmədova 26-27 oktyabrda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbiri ilə bağlı brifinqdə deyib.

O bildirib ki, iştirak sayı limitli olacaq:

“Tədbirdə 14 yerli, 27 xarici şirkət olmaqla ümumilikdə 41 şirkət öz həll yollarını təqdim edəcək. Ümumilikdə 41 şirkətin öz məhsulu təqdim edəcəyi platformada 5 dövlət qurumu, kiçik və orta biznesin inkişafı agentliyinin dəstəyi ilə 8 startap layihəsi də öz məhsullarını həllərini təqdim edəcək”.

Altı istiqamətdə xüsusi təlimlər, eləcə də yarışlar keçiriləcək. Təşkilatçılar, ziyarətçilər və mətbuat işçiləri üçün xüsusi qidalanma zonaları nəzərdə tutulub.

Qeyd edək ki, 26-27 oktyabr tarixində keçiriləcək tədbir Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı olacaq.

Oxu.Az