azerbaycanda-koronovirus-ile-bagli-veziyyet-aciqlandi

Azərbaycanda koronovirus ilə bağlı vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2112 yeni yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Xatırladaq ki, 21 oktyabr 2021-ci il tarixində 2005 yoluxma faktı və 20 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

XXX

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 886 vaksin vurulub.  Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 112 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 320 558, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 024 500, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4 296 058 təşkil edir.