Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapıb.
Reallaşmalı olan beş Milli Prioritet aşağıdakılardır:
-dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
-dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
-rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
-işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
- təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Qeyd edilən Milli Prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
APA