“Sığorta sahəsi dələduzluğa açıq sahədir və dələduzlar da bundan istifadə edirlər”.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev deyib.
Onun sözlərinə görə, sektoru rəqəmsallaşdırmağa ehtiyac var: "Bunun üçün isə müasir texnologiyalardan istifadə edilməlidir. Həmçinin bu sahədə peşəkar kadrların hazırlanmasına ehtiyac var və bu sahədə biz işlər görürük. Həmçinin sığorta savadlılığı sahəsində də işlər həyata keçiririk”.