azerbaycanda-visa-token-xidmeti-istifadeye-verilir

Azərbaycanda "Visa Token" xidməti istifadəyə verilir

Azərbaycanda "Visa Token" xidməti ("Visa Token Service") istifadəyə verilir.

İnsider.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, xidmətin ictimaiyyətə elan edilməsi məqsədilə sentyabrın 10-da “Visa” beynəlxalq kart təşkilatı və Palatanın birgə təşkilatçılığı ilə konfrans keçiriləcək.

Qeyd edək ki, "Visa Token" xidməti mobil və onlayn ödənişlər edərkən kredit kartlarından istifadə təhlükəsizliyini artırmaq üçün hazırlanıb.

Konfransın gündəliyinə elektron ödənişlər sahəsində yeniliklərin müzakirəsi də daxil edilib. Tədbir Azərbaycanda e-ticarətin və elektron ödənişlər bazarının inkişafı sahəsində önəmli addım kimi qeyd olunur.