azerbaycanda-whatsapp-hesablarinin-bloklanmasi-ile-bagli-resmi-aciqlama-yenilenib-video

Azərbaycanda “WhatsApp” hesablarının bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Azərbaycanda “WhatsApp” hesablarının kütləvi bağlanması və bloklanması ilə bağlı məsələyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən münasibət bildirilib.

Bu barədə cavab olaraq bildirilib ki, hazırda qeyd edilən məsələ ilə bağlı araşdırmalar aparılır:

“Müraciətinizlə bağlı bildiririk ki, qeyd olunan məsələ ilə əlaqədar Elektron Təhlükəsizlik Xidmətində araşdırmalar aparılır. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə məlumat təqdim ediləcək.

Həmçinin, vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmələri tövsiyə edilir”.

Təlimatla aşağıdakı videodan tanış olmaq mümkündür:

Oxu.Az