Prezident İlham Əliyev "Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
İnsider.az xəbər verir ki, Sərəncama əsasən, Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsindən "Azərbaycan Dəmir Yolları"na 3 milyon manat ayrılıb.
Xudat stansiyasından Şahdağ turizm kompleksinədək dəmir yolunun uzunluğu 57 km olmalıdır.
“Azərbaycan Dəmir Yolları” QSC bu il Oktyabrın 2-də Xudat-Şahdağ dəmir yolu xəttinin tikintisi üçün yeni trassanın seçilməsi, seçilmiş trassa üzrə müfəssəl layihənin və əlaqədar sənədlərin hazırlanması, enerji təchizatı və rabitə-işarəvermə sistemlərinin konseptual layihələndirilməsi üzrə məsləhət xidmətlərinin satın alınması üçün tender elan edib.